Fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç Madrid “Real”ının ulduzu Anhel Di Mariyanın Paris klubuna transferi haqqında danışıb.
Korner.az-ın məlumatına görə, o, argentinalı yarımmüdafiəçinin komandaya lazım olmadığını dilə gətirib:
“Di Mariyanın transferini anlamıram. Komandada əla futbolçular toplanıb. Məhz bu komanda ötən mövsüm üç titul qazanıb. Bu baxımdan PSJ-nin Mariyaya ehtiyacı olmadığını düşünürəm”.