Futbol üzrə Azərbaycan I Divizionununda bu gün ilk turun növbəti oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, ikinci oyun günündə daha 3 oyun baş tutub.
Qeydə alınan nəticələr arasında Mingəçevirdəki matç xüsusilə seçilib. Son mövsüm I divizionun çempionu olan “Neftçala” səfərdə “Energetik”in qapısından 12 cavabsız qol keçirib.
“Şəmkir” 3-0 “Turan Tovuz”
İlham Alahverdiyev, 29, 43; Sərxan Ağayev, 90+1
“Energetik” 0-12 “Neftçala”
Fərmayıl Əliyev, 19; 31, 36; David Janelidze, 24 (p.), 49, 85, 88; Aqşin Muxtaroğlu, 41; Məhəmməd Xəlilov, 50, 60; Anar Babayev, 77, Mübarək Şahquliyev, 90
“Şahdağ” 1-1 MOİK
Vurğun Həsənzadə, 87 // Bayram Kərimov, 90+2 (p.)