“Real” ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına grə, bu xəbər ispan mətbuatında yer alıb.Xəbər deyilir ki, İspaniya La Liqasında dünən keçirilən “Sevilya”ya qarşı (2:1) matçda zədələnən Xames Rodriqesin durumunun ciddi olduğu müəyyənləşib. Ayağında sınıq aşkarlanan kolumbiyalı oyunçunun əməliyyat olunacağı iddia olunur.
Qeyd edək ki, X.Rodriqes qarşılaşmanın 27-ci dəqiqəsində zədələnib və onu Xese Rodriqes əvəzləyib.
