"Real"ın yeni transferi Hames Rodriqes komanda yoldaşı Kriştiano Ronaldo haqda danışıb.
Korner.az-ın məlumatına görə, kolumbiyalı futbolçu Ronaldonun ünvanına xoş sözlər deyib:
"Aramızda gözəl əlaqə var. Ronaldo mənə çox kömək edir. Ümid edirəm, uzun müddət birlikdə oynayacağıq. Tək o yox, klubda çox futbolçu səmimi münasibət bəsləyir. Əsl peşəkarlıq da bunu tələb edir".
Xatırladaq ki, Hames "Real" heyətində 5 oyunda cəmi 1 dəfə fərqlənib
