İngiltərə Liqa kubokunun cavab qarşılaşmaları çərçivəsində keçirilən "Suonsi"-"Çelsi" oyununda çox maraqlı hadisə yaşanıb.
Korner.az–ın məlumatına görə, ilk oyunda öz meydanında 0:2 hesabı ilə uduzan "zadəganlar" bunun revanşını almağa çalışıb. Lakin dəqiqələr ötdükcə heç cür hesabı açmağa müvəffəq ola bilməyən London klubunun futbolçuları hisslərinə hakim ola bilməyib.
Qarşılaşmanın 80-ci dəqiqəsində meydanın kənarında dayanan uşaq topu oyuna gec qaytarmaqla oyunun vaxtını almaq istəyib.Bu an Eden Azar ona yaxınlaşaraq topu almağa çalışıb. Uşaq yerə yıxılaraq topu vermək istəməyəndə isə, Azar artıq güc tətbiq etməli olub.Bu epizoda görə də Azar meydandan qovulub.
Qeyd edək ki,"Suonsi" növbəti mərhələyə yüksəlib.