Həftənin rəmzi komandası
18.03.2022 , 14:47
Çempionlar Liqasında 1/8 final mərhələsinin son iki cavab matçından sonra həftənin rəmzi komandası açıqlanıb.
Korner.az xəbər verir ki, rəmzi 11-lik belədir:
Qapıçı: Xeronimo Rulyi (“Vilyarreal”)
Müdafiəçilər: Renan Lodi, Stefan Saviç (hər ikisi “Atletiko”), Alexandro Qrimaldo (“Benfika”), Pau Torres, Pervis Estupinyan (hər ikisi (“Vilyarreal”)
Yarımmüdafiəçilər: Arno Qrüneveld (“Vilyarreal”), Jorjinyo, Kristian Pulişiç (hər ikisi “Çelsi”)
Hücumçular: Antuan Qrizmann (“Atletiko”), Darvin Nunyes (“Benfika”).