big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Həbs olunan azarkeşlərin məhkəməsindən GENİŞ REPORTAJ

23.01.2014 , 06:15

Yanvarın 22-də ötən ilin 25 avqustunda keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” matçında baş verən hadisələrdə həbs olunan 7 şəxsin yekun məhkəməsi baş tutmalı idi. İttiham olunanlardan biri – “Eliko Ləzgines” ləqəbi ilə tanınan Elman Tağıyev məhkəmədən 3 gün əvvəl dostlarına yazdığı məktub vasitəsilə media əhlini və dostlarını məhkəməyə dəvət etmişdi. Elə bu səbəbdən məhkəmə zalı tam dolu idi. Məhkəməni 5 “Neftçi”, 15 “Xəzər Lənkəran” azarkeşi və təqsirləndirilən şəxslərin ailə üzvləri ilə birgə ümumilikdə 50-ə yaxın adam izləyirdi…

 

4 il 6 ay həbs…
Məhkəmə saat 10:15 Lənkəran Rayon Məhkəməsində başladı. Məhkəməni açıq elan edən hakimin ardınca çıxışa başlayan müstəntiq sözləri ürəkaçan deyildi. Müstəntiqin ittiham aktından: “Avqust ayının 25-də “Xəzər Lənkəran” – “Neftçi” (Bakı) klublarının iştirakından sonra baş verən iğtişaşlarda iştirak edən Zaur Ərəbov, Elman Tağıyev, Aqşin Əkbərov, Əkbərov Rəfail, İbrahimli Elman, Aslanov Əli, Abdullayev Elçin xuliqanlıq etdikləri, sağlamlığa, Lənkəran şəhər stadionuna, Lənkəran rayonunun N saylı hərbi hissəsinin əsgərlərinə, Lənkəran şəhər polis işçilərinə zərər verdiklərinə görə aşağıdakı cəzalara layıq bilinsinlər:

Zaur Ərəbov, Elman Tağıyev. Aqşin Əkbərov, Əkbərov Rafail, Aslanov Əli, Abdullayev Elçin – Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 maddəsinə əsasən (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə – üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) 4 il 6 ay həbs cəzası alsınlar.

İbrahimli Elman – Azərbaycan Republikasının Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə – iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.) 2 il 6 ay həbs cəzası verilsin”.

 

“Xəzər Lənkəran” şikayətçi deyil

Ardınca zərərçəkənlərə söz verildi və ilk çıxış edən poliş əməkdaşı Kamran Quliyev şikayətçi olduğu Zaur Ərəbovun bağışlanmasını xahiş etdi.

Daha sonra söz digər zərərçəkmiş şəxs qismində Lənkəran şəhər stadionun direktoru Höcət Hacıyevə verildi və Hacıyev təmsil etdiyi klubun şikayətçi olmadığını bildirdi: “Xəzər Lənkəran” rəhbərliyi olaraq bizim ilk gündən tutulan şəxslərlə bağlı şikayətimiz olmayıb. Belə hadisələr bütün dünyada azarkeşlər arasında baş verir. Bu şəxslər barəsində ədalətli qərar verəcəyinizə əminik”.

 

Niyə şahidlərin hamısı Lənkəran şəhər polis idarəsinin əməkdaşlarıdır?

Ardınca söz təqsirləndirilən şəxslərin müdafiəçilərinə verildi. Vəkillər azarkeşlərin azad edilmələri üçün bir çox fakt irəli sürdülər, şahidlərin yalan ifadələr verdiklərini bildirdilər.

Elçin Abdullayevin müdafiəçisi“Müvəkkilim iğtişaşlar törədilərkən hadisə yerində olmayıb. O, matçın birinci hissəsində stadionu tərk etmək istəyərkən, polis tərəfindən tutularaq bölməyə gətirilib. Bölməyə aparıldığı barədə şahidlər var. Zərərçəkən şəxs bildirib ki, ona daş atanı görməyib. Şahid qismində ifadə verən Saleh Hüseynov isə deyir ki, daşı məhz Elçin Abdullayev atıb. Orada başqa rayondan olan polislərdən var idi. Necə ola bilər ki, digər rayonlardan olan polislərdən heç kim hadisəni dəqiq görmədilər, sırf Saleh Hüseynov gördü? Hadisələr zamanı 221.3-cü maddənin əlamətləri yoxdur. Hesab edirəm ki, azadlığa buraxılmalıdır. Məhkəmənin ədalətli qərar verəcəyinə əminəm”..

Aslanov Əlinin müdafiəçisi – “Bildirilir ki, bu 7 şəxs daha əvvəldən planlaşdırılmış şəkildə əlbir olub bu hadisələri törədiblər. Əvvəldən rəqib olan komandaların azarkeşləri necə əlbir ola bilər ? İttiham aktında yazılıb ki, stadiona zərər vurulub. Başdansovdu faktlardı. 14 min nəfərdən təkcə 7 nəfər stadiona zərər verib? Əli stadionda ikinci hissədən sonra olub. Onun oğulları əsgərdi. Əli belə hərəkətlər etməz. Keçən məhkəmədə hadisənin şahidinə sual verirəm ki, Əlinin paltarı necə idi? Deyir, “elə bu cür geyinmişdi”. Yalan ifadə verdiyi bəlli olur, o adam heç Əlini tanımır. Həmin vaxt 42 dərəcə isti olub, məhkəmə isə noyabrda baş tutub. İttiham absurddur, lazımi sübutlar yoxdu, müvəkkilimin günahı yoxdur”.

Aqşin Əkbərovun müdafiəçisi – “Aqşin oyun zamanı sektoru dəyişmək istəyərkən polis tərəfindən tutulub və Lənkəran şəhər polis bölməsində olub. İğtişaşlarda iştirak etməsi qeyri-mümkündür. İttiham aktında bildirilir ki, o, Kamran Quliyevə daş ataraq xətər yetirib. Kamran özü daşı atanı görmədiyini bildirir. İstintaqa internet saytlarındakı müxtəlif kadrlar təqdim edilib. Futbolpress.az saytının yayımladığı görüntüdən açıq-aydın görünür ki, Aqşin Əkbərov polis tərəfindən aparılıb. Cinayət hadisəsi baş verəndə Aqşinin orda olmadığı sübut olunur.. Müvəkkilim sərbəst buraxılmalıdır”.

Elman İbrahimlinin müdafiəçisi “Elman yeganə şəxsdir ki, 221.2 maddə ilə təqsirləndirilir. Amma gəlin görək nə qədər doğrudur. Bir oturacağın qiyməti 9 manat 40 qəpikdir. İttiham aktında göstərilir ki, stadionun cəmi 3 oturacağını sındırıb. Bu da o deməkdir ki, cəmi 28 manat 20 qəpiklik zərər var. 28 manat 20 qəpiyə görə 5 ay həbsdə olub. Əslində isə müvəkkilim matçın bitməsinə bir neçə dəqiqə qalmış çıxmaq istəyib, ancaq telefenonu unutduğundan, geri qayıdarkən polis tərəfindən saxlanılıb. Hətta qayıdarkən bir hərbiçiyə kömək də edib. Hesab edirəm ki, bu hadisə Elmanın günahsız olduğunu sübut edir. Dəfələrlə futbolpress.az-ın yayımladığı videonu izləmişəm və kadrlarda sübut olunur ki, burda əyləşənlərdən heç biri orda iştirak etməyib. O kadrlara baxanda adamda vahimə oyanır.

Biri var dəqiq sübutlar, biri də var absurd sübutlar. Polis əməkdaşının göstərdiyi sübut absurddu. Elmanın əleyhinə şahidlik edən Nəvahi Kərimov məhkəmənin tələbinə rəğmən prosesdə iştirak etmir. Bu da onun yalan şahidlik etdiyinin sübutudur. İstintaqa verdiyi ifadədə yazdıqlarına nəzər salaq: “Baş verən futbol matçında şərxoş halda qəsdən oturacaqlara təpik vuraraq üçünü sındırdı. Söyüş söyüb polislərə məhəl qoymurdu. Sınırdığı oturacaqları ayaq və əllə D sektorundakı azarkeşlərə doğru atarkən saxlanılıb və polisə gətirilib”. Elman gecə saatlarında evdən aparılıb amma ifadədə yazılıb ki, hadisə zamanı tutulub bölməyə gətirilib. Bu sübutlarla nəyisə təsdiq etmək mümkün deyil. Barəsindəki qərar ləğv edilməlidir”.

Əkbərov Rəfailin müdafiəçisi – “İstintaqda göstərilir ki, müvəkkilim Tural adlı polisə daş atıb. Tural özü bildirib ki, bilmədim daşı kim atdı, amma digər şahidlərdən biri deyir ki, əvvəlcə daş divara, sonra Turala dəyib. Əvvəlcə bu uşaqların hamısını tutublar, sonra özlərindən istintaq aparıblar. Bu gənclər haqqında hökm çıxarılacaq və əminəm ki, ədalətli hökm olacaq. Söhbət Azərbaycan futbolun inkişafından gedirsə, ədalətli qərar verməlidir. Bu qərardan sonra stadiona gələn azarkeşlərin sayı azala bilər. Bakıda yaşanan hadisələrə görə bu iğtişaş baş verib. Bildirim ki, bu gənclərin heç biri günahkar deyil. Əsas günahkarlar azadlıqdadır, günahsızlar isə burda cəza çəkirlər”.

Zaur Ərəbovun müdafiəçisi – “Matçın birinci hissənin ortalarında Zaur su almaq üçün stadionu tərk edərkən polis əməkdaşı tərəfindən tutulub. Zaur bildirib ki, “Neftçi” azarkeşidir. Həmin hadisədən sonra – birinci hissənin son 10 dəqiqəsi oynanılarkən polis yenidən Zauru tutaraq aparıb. Müxtəlif kamera və videogörüntülərdən görünür ki, Zaur iğtişaşlarda iştirak etməyib. Daş atdığı təsdiqlənməyib.

Digər videolarda təsdiqlənir ki, “Xəzər Lənkəran” azarkeşi Aqşini 2 polis əməkdaşı, 1 mayor aparır. Bizim hamımızın sübutu var, amma onların sübutu yoxdu. Müstəntiq fikirləşməlidir ki, nəyə görə şahidlərin hamısı polisdir? Niyə aralarında mühafizə xidmətinin əməkdaşları yoxdur? Zaur haqqında ədalətli qərar veriləcəyinə əminəm. Haqq yerinə çatacaq. Bu gənclər azad olunacaqlar”.

Elman Tağıyevin müdafiəçisi – “İttiham aktında göstərilir ki, ilk hissənin son anlarında su almağa gedən şahid oturacaqların sındırıldığını görüb. Təsdiq olunur ki, Elmanın oturduğu yerdə heç bir oturacaq qırılmayıb. İkinci şahid göstərilən Rafiq Əsgərov isə ifadəsində bildirib ki, müvəkkilim G sektoruna daş atıb. Şahidlik edənləri də başa düşürəm. Müstəntiq gəlib deyir, otur belə yaz, yazırlar və qol çəkirlər. İki şahidin fikirləri arasında ziddiyyətlər var, bunlar araşdırılmalıdır. Ekspertiza araşdırmalıdır ki, Elman ağrılığı 2-3 kiloqram olan daşları oturduqları mövqedən G sektoruna atmaq gücündədir, ya yox. Məhkəmə ədalətli qərar verməlidir ki, bu gənclərin gələcək üçün ümidləri qalsın. Burda insan taleyi həll olunur”.

 

Futbol pis şeydir, ondan uzaq durmaq lazımdır….

Hakim müdafiəçilərin çıxışları dinlədikdən sonra təqsirləndirilən şəxslərə özlərini müdafiə etmək üçün son şans verdi.

Elçin Abdullayev – “Mən 1962-ci ildə Astarada anadan olmuşam. Uşaq olanda atam televizor alıb həyətdə qurmuşdu ki, məhəllədəki cavanlar, qocalar rahat şəkildə futbola baxa bilsinlər. O vaxtdan futbola həvəsim yaranıb.

Oyuna gələndə mülki geyimli şəxs sual verdi ki, içkilisən? Dedim, hə, məni polis bölməsinə apardılar. Əgər mənə burda 4 il 6 aylıq cəza verilsə, gərək uşaqlarıma deyim ki, futbol pis şeydir, ondan uzaq durmaq lazımdır. Futbola baxanda cinayətkar olursan. Mən atamın indi qəbrində “Yasin” oxutdurmalıyam, amma gərək son istək kimi rəislərdən xahiş edim ki, məni buraxalar, gedəm atamın qəbri üstünə, ondan soruşam ki, ata, mənə futbolu niyə sevdirdin? Futbol mənim həvəsimdir, mən futbol xəstəsiyəm. Mən azarkeş deyiləm, bütün klublara azarkeşlik edirəm. Xahiş edirəm ədalətli qərar verin. Deyirlər mən əsgərə daş atmışam. Onlar mənim vətənimi müdafiə edirlər, necə onlara daş atım mən ? Bu qədər vicdansızam?”

Əli Aslanov – “Oyuna ikinci hissədə gəlmişəm. Oyun qurtaranda çıxış qapısının yanında mülki geyimli şəxs məni tutub aparmaq istəyirdi. Məsələni həll etdik, evə gəldim. Polisə ev ünvanımı verdim. Heç cinayətkar da polisə ünvanını verər? Polislər gəlib evdən apardılar. Qonşularım soruşdu ki, bəs nəsə eləmisən? Dedim ki, yox. Dedilər, get izahat ver, gəl. Amma 5 aydır burdayam. Mənim iki oğlum var, ikisi də burdadır, ikisi də əsgərdir. Mən balalarıma necə daş atım? Mən də əsgər olmuşam, vətən üçün vuruşmuşam. Onlar kol dibində gizlənəndə mən vuruşurdum. Quran gətirsinlər and içim ki, mən daş atmamışam. Görsünlər ki, “qırmızısifətlik” edirlər. Xahiş edirəm, ədalətli qərar verin”.

Aqşin Əkbərov – “Beş aydır sübut olunur ki, mən birinci hissədə tutulmuşam. Mənim günhım yoxdur”.

Rəfail Əkbərov – “Xahiş edirəm, ədalətli qərar verin”.

Zaur Ərəbov – “Futbola marağım 80-cı illərin sonlarında yaranıb. “Neftçi” fanatıyam. Futbola öz uşaqlarımla birgə gedirəm. Sizcə, oyuna uşağını aparan biri cinayət törədə bilər? Mən Lənkərana öz maşınımla gəlmişəm. Polis bildirib ki, olaylarda iştirak eləmişəm. Amma videolarda görünür ki, oyunun birinci hissəsində polis tərəfindən aparılmışam. Mən ikinci hissədə orda olmamışamsa, iğtişaşlarda necə iştirak edə bilərəm?”

Elman Tağıyev – “Mən təqsirkar deyiləm. Çöldən daş atılmasaydı, yəqin üstümüzə şər atacaqdılar ki, ayran qabları ilə başımızı yarıblar. Mən günahsız olduğum halda, ilk dəfə məhkumluq həyatı yaşayacam. Ədalətli qərar verəcəyinizə ümid edirəm”.

Ümidlər 3 fevrala qaldı….

Elman Tağıyevin çıxışında sonra hakim Elman İbrahimlinin çıxışının və məhkəmənin son qərarının fevralın 3-nə təxirə salındığını elan etdi.

Məhkəmə prosesində fotoaparat və diktofonlardan istifadə etməyə icazə vermədilər. Lakin “Xəzər Lənkəran” azarkeşlərinin sayəsində əldə etdiyimiz bir kadrı sizə təqdim edirik.

Hazırladı: İlkin Sultanlı

Son yazılar

To Top