“Azərbaycan yığmasını təbrik edir və uğurlarının davamını arzulayıram. Həqiqətən də, rəqibimiz bu gün bizdən üstün oynadı”.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, bu sözləri Litvanın U-19 millisinin baş məşqçisi Antanas Vinqilis deyib.
Millimizə 2:3 hesablı məğlubiyyəti şərh edən Vinqilis daha sonra bunları deyib:
“Xüsusilə birinci hissədə futbolçularımızın ardıcıl olaraq sarı vərəqə ilə cəzalanmasının səbəbi təkbətək mübarizələrdə rəqib oyunçulara uduzmağımızdır. Qarşıdakı oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq”.