big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Gündüz Abbaszadə: “İdman jurnalistikasını idmanla heç bir əlaqəsi olmayan, məqsədi idmandan pul qazanmaq olanlar biabırçı vəziyyətə qoydu” (MÜSAHİBƏ)

25.04.2013 , 06:56

“Neftçi” Peşəkar Futbol Klubunun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gündüz Abbaszadənin müsahibəsi.

– Jurnalistikaya kriminal yazar kimi başlamısınız. Ancaq deyəsən, kriminal yazar olmaq sizdə alınmayıb.
– Cəhd belə eləmədim. Çox maraqsız gəldi. Hətta indi də kriminal yazı oxumuram.

– İndi ən çox oxunan mövzular kriminal yazılardır. Sizcə, buna səbəb nədir?
– Biz hələ də fərqində deyilik ki, bu çox böyük problemdir. Oxucunun seçimi aqressiv hisslər aşılayan yazılardırsa, bunun kökündə sosial problemlər dayanır. Sosial problemlər insanları o qədər aqressiv, şüuraltıda gərgin saxlayır ki, oxumaq üçün intellektual yazılar yerinə zorlanma, ölüm haqda yazıları seçirlər. Həm də elə bölgələr var ki, zorakılıq hadisələri daha çoxdur. Bu da həmin bölgələrin yerləşdiyi ərazi vahidindən irəli gəlir.


– Şimal bölgəsinin sakinləri deyir ki, Azərbaycanın hər yerində ensest, zorlama hadisəsi olur. Ancaq hər bölgənin Aytəkin Alxaslı kimi müxbiri yoxdur ki, belə hadisələri qabartsın.

– Bütün bölgələrdə belə situasiyalar olur. ANS-də işlədiyim vaxt belə bir müsahibənin şahidi olmuşdum. Qızı zorlanan kişiyə müxbir sual vermişdi ki, cinayətkarı öldürmək heç ağlından keçibmi? O da cavab vermişdi ki keçib. Ancaq cinayətkar kəndin yeganə kombaynçısı olduğu üçün ictimai marağı nəzərə alıb onu öldürməyib.

– Sizcə, cinsi zorakılıq edən insanı, doğrudan da, öldürmək lazımdır?
– Belə cinayətkarların cinsiyyətini öldürmək lazımdır. Dünya təcrübəsində belə şeylər var. Cinsi zorakılıq etmiş cinayətkarı qısırlaşdırırlar ki, bir də belə şey etməsin. İnsanın cəzasını insan verə bilməz. Bunu kimsə qeyri-humanist addım kimi qiymətləndirə bilər. Ancaq o cinayətkardır.

– Bəs, idman jurnalistikası niyə qısırlaşıb?
– İdman jurnalistikasını idmanla heç bir əlaqəsi olmayan, məqsədi idmandan pul qazanmaq istəyən adamlar biabırçı vəziyyətə qoydu. Hər gün yeni bir idman saytı çıxır. Hərəsi cibinə bir vəsiqə qoyub düşür federasiyaların canına. Hamısı deyir ki, bizə reklam verin. Ortada isə ciddi idman yazısı, futbol şərhi yoxdur.

– Bəs, sizin gəliriniz haradandır?
– Bir çox jurnalistlərdən yaxşı qazanıram. Hər halda ANS-də işlədiyim vaxtdan daha çox gəlirim var. İdman jurnalisti kimi pul qazanmaq asan məsələ deyil. Ya gərək, futbol klublarının, federasiyaların qapısını döyüb pul dilənməlisən, ya da kişi kimi yaşamalısan.

– Tanınmış sima olmağın hansı dividentləri var?
– Gündəlik həyatda insanın köməyinə çatır. Maddi gəlir də olmasa da, həyatı asanlaşdırır. Ən azından rüşvət tələb etməkdən çəkinirlər.

– İdman müxbirlərini üzdən daha çox kişi futbol azarkeşləri tanıyır. Bəs, qadınlar necə, gündəlik həyatınızda sizi tanıyır?
– Tanıyırlar. Ancaq qadınlar arasında tanınmaq mənə maraqlı deyil. Kişinin məqsədi qadınlar arasında məşhur olmaq olursa, o elə efirdən tanınmasa da, buna nail ola bilir. Mən istəmədikdən sonra tanısınlar. Maraqsızdır.

– Bəs ANS-dən niyə uzaqlaşdınız?
– 10 il ANS-də çalışdım. Məncə, kifayət idi. ANS-də sistem dəyişdi. Həmin dəyişiklik mənə uyğun deyildi. İdarəetməyə elə insanlar gəldi ki, məni orada görmək istəmirdilər. Bunu hiss edib uzaqlaşdım. ANS-lə indi də dost münasibətim var. Mirşahinlə yaxın dostuq. Bu münasibətin yaranmasına səbəb də “Neftçi”-“Bakılı” oyununa yazdığım mətn idi. Mətndə yazmışdım ki, neft “Bakılı”-nın qapısında 87-ci dəqiqəsində fontan vurdu. Səhəri gün iclasda Mirşahin dedi ki, son bir ayda eşitdiyim ən yaxşı mətndir.

– ANS televiziya jurnalistikasına yeni üslub gətirdi. Bəzən cümlələr sadə tamaşaçı üçün anlaşılmaz olur. Bu Azərbaycan dilinə zərər vurmadı ki? Sonuncu dəfə efirdən bir cümlə eşitmişdim: “Avtobusların iştirakı ilə qəza baş vermişdir”.
– ANS dili inkişaf etdirdi. ANS-in özünəməxsus təqdimatı proqramları reytinqli etdi. Asif Bağırov bir dəfə məğlubiyyəti belə çatdırdı: “Sən neylədin, ay, Lal Hüseyn?” Küçədə uşaqlar da bu ifadəni futbolda işlədirdilər. O ki, qaldı avtobusların qəza yerindən reportaja, o ifadə moltanı dilindədir. Jurnalist dili, dilin incəliyini bilmirsə, bu faciədir.

– Həyat yoldaşınız İntizar Mədətqızı tele-aparıcıdır. Efirdən performansını bəyənirsinizmi?
– Bəzən onda dillə bağlı səhvlər görəndə inciyirəm, küsürəm. Azərbaycan dilində səhvlərlə danışan görəndə çox pis oluram. Təvazökarlıqdan uzaq ola bilər, ancaq mən dilimi yaxşı bilirəm. Ümumiyyətlə isə həyat yoldaşımı efirdə görmək istəmirəm.

– Niyə? Onu qeyri-professional hesab edirsiniz, yoxsa bu bir kişi qısqanclığıdır?
– Kişi qısqanclığıdır. Təbiətim belədir. Həyata baxışım fərqlidir. Dağlı məhləsindən çıxmış adamam. Fikirlərimi dəyişə bilmirəm.

– “Neftçi”-ni mətbuat xidmətinin rəhbəri kimi özünüzü necə hiss edirsiniz?
– İşləmək çox çətindir. İdman sahəsində işləyən jurnalistlərin əksəriyyəti savadsız və pisniyyətlidir. İdmandan başqa hər şeydən yazırlar. Çoxunun işi qapı-qapı gəzib pul yığmaqdır. Reklam üçün müraciətdə “yox” eşidən kimi nə gəldi yazırlar.

– Azərbaycan futbolunun inkişafına hansı maneələr var?
– Azərbaycan futbolunun inkişaf etməməsi fikri ilə razı deyiləm. Bu il “Neftçi”nin Avroliqanın final mərhələsinə çıxması çox böyük uğurdur. Bu gün infrastruktur var. Yeni meydançalar tikilir. Uşaq futboluna yatırımlar qoyulur. Tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan futbolu iri addımlarla inkişaf edir. Ancaq Azərbaycan futboluna çoxlu iyrənc əllər uzanır. Ümumi maraqdan çox bəzən şəxsi maraqlar qabarır. 

– Həyatı futbol meydançası kimi təsəvvür etsəniz, kimsiniz?
– Tamaşaçıyam. Həyatı futbol kimi təsəvvür etmək istəmirəm. Həyatda isə mövqe baxımından hücumçu olmaq istəyərdim.

– Əslində kimsiniz?
– Onu məşqçim müəyyənləşdirəcək.

– Sizcə, uğurun yaşı var?
– Qətiyyən. Həyatı dəyişdirəcək uğurların yaşı olmur.

– Sizin ən böyük uğurunuz nədir?
– İnsanın ən böyük uğuru ailəsidir. Mən hələ o uğuru qazanmamışam. Çünki, heyət hələ tam komplektləşməyib.

– Hansı qadın aparıcıların efir performansı sizi qıcıqlandırmır?
– Yaxşı ki, qıcıqlandıranları soruşmadınız. Çünki, bu siyahı çox uzun olardı. Bəyəndiklərim var. Nigar Mahmudovanın çıxışını bəyənirəm. Amma xəbər duyumu yoxdur. Yelena Sidarenkanın öyrənmək marağını qiymətləndirirəm. Həyat yoldaşımın performansını da yüksək qiymətləndirirəm. Mətanət Əliverdiyeva xəbərin ustasıdır. Lakin, o, xəbəri oxuyanda ürəyimdə yalvarırdım ki, “havanın temperaturları” deməsin. İndi onun kimi professionalı efirdə görmək xoşdur.

– Televiziya mütəxəssisləri deyir ki, internet televiziyasının inkişafından sonra kabel televiziyasına baxmaq ehtiyacı qalmayacaq.
– Bunu futbola aid etməzdim. İndi dünya tamaşaçısı futbola 3 D versiyası ilə baxmaq istəyir. Heç futbol azarkeşi 3 D versiyanı qoyub internetlə futbol izləməz. Kabel televiziyası həmişə gündəmdə qalacaq. Beynəlxalq futbol federasiyaları da bunun qarşısını almaq üçün çalışır. Çünki, futbolun ən böyük gəliri televiziyalardakı reklamlardandır.

– Müsahibədən əvvəl atanızla bağlı danışdınız. Atanız siyasətlə bağlı insan olub. 
– Atam uzun illər Təhsil Nazirliyində çalışıb. Daha sonra Elmira Qafarova Ali Sovetin sədri təyin edildikdən sonra atam Balaş Abbaszadəni öz köməkçisi təyin edib. Atam daha sonra Yaqub Məmmədovun, İsa Qəmbərin, ən nəhayət isə Rəsul Quliyevin köməkçisi olub. Rəsul Quliyevin köməkçisi olduğu zaman isə dövlət əmlakının mənimsənilməsi ittihamı ilə həbs olunub. Üç ildən sonra Heydər Əliyevin fərmanı ilə əfv olunub. Atam olduğu üçün onun haqqında çox şey danışa bilmirəm. Çünki deyəcəklər ki, atasıdır, müdafiə edir. Amma həmin dövrdə ictimai-siyasi həyatda olan insanlar bilir ki, atamın heç bir günahı yox idi. Onun həbsində ətrafındakı adamların birbaşa əli var idi. Atam gözəl yazar, publisist idi.

– Əfvdən sonra atanızın Rəsul Quliyevlə münasibəti davam etdi?
– Bilmirəm. Münasibətləri davam edibsə də, xəbərim yoxdur. Əfvindən az müddət sonra ağır xəstələndi. Ürəyi dözmədi. Dünyasını dəyişdi.

– Uşaq ağlı ilə atanızın həbsində kimi günahkar görürdünüz?
– Atamı, onun sadəlöhvlüyünü. Atam hamıya etibar edən, sadə insan idi. Hamını özü kimi bilirdi. Onun həbsindən sonra ailəmiz maddi-mənəvi çox əziyyətlər çəkdi. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdum. Elə günlər olurdu ki, yaşadığımız Dağlı məhəlləsindən universitetə piyada gedirdim. Avtobusa verməyə pulum olmurdu. Heç vaxt öz qürurumu alçaltmamışam.

– Əmlakınız da müsadirə edilmişdi?
– Belə bir qərar var idi. Məhkəmə icraçıları evimizə gələndə müsadirə etməyə heç nə tapmayıb getdilər. Atam vəzifədə olsa da, heç vaxt özünə qazanan adam olmayıb. Atam vəzifədə olanda qapımızda sürücülük edənlər, ayağını ovuşduranlar nə atam həbsdə olduğu, nə də dünyasını dəyişdikdən sonra bizi ziyarət etmədilər. Həmin insanların içində indi yüksək vəzifəli şəxslər, millət vəkilləri də var. Ancaq o insanlara minnətdaram. Mənə pisi yaxşıdan ayırmağı öyrətdilər. Atam Heydər Əliyev haqqında yazılan ilk kitabın müəllifi idi. Milli Məclisdə Heydər Əliyevə söz verilmədiyi üçün Elmira Qafarova ilə dalaşıb işdən çıxmışdı. 20 Yanvar hadisəsi ilə bağlı verilən bəyanatı indi çoxları öz adına çıxır. Həmin bəyanatı mənim atam yazmışdı. Atamın təkidi ilə Elmira Qafarova həmin bəyanatı Milli Məclisdən oxumuşdu.

– Dağlı məhəlləsində böyüməyin fərqi nədir?
– Dağlılarda birlik, bərabərlik yoxdur. Atam çox çalışmışdı ki, dağlıların cəmiyyətini yaratsın. Ancaq buna nail olmamışdı. Bu bəlkə də ondan irəli gəlir ki, onlar özlərini Bakının sahibi hesab edirdilər. İndi dağlı, rayonlu anlayışı qalmayıb. Biz uşaq olanda isə dağlılar Bakıda hökm sahibi idilər. Dağlılar yalnız qeyrət, namus söhbətlərində bir yerdə ola bilirlər. Kənar məhəllədən heç bir oğlanın cəsarəti çatmazdı ki, məhəllədən bir qızı evinə ötürsün. Belə durumda onu dağlı məhəlləsinin uşaqları döyərdi. İndi bu anlayış qalmayıb. Təəssüf edirəm. Təəssübkeşlik yoxdur.

– Bir neçə il əvvəl İçərişəhərdə başında “aerodrom” şapqa, ayağında çəkələk, divara söykənmiş heykəlcik qoyulmuşdu. İçəri şəhərlilər həmin heykəli sökdürdülər.
– Burda kompleks keçirməli heç nə yoxdur. Tində dayanıb məhəllənin təəssübünü çəkməkdən utanmaq lazım deyil.

– Sizi Bakı sakini kimi indi ən çox nə qıcıqlandırır?
– Bakı getdikcə dözülməz olur. Maşın sayı çoxdur. Mən böyüdüyüm Bakı xəyallarda qalıb. İnsanları çox aqressiv, əsəbi olub. Ekoloji vəziyyət də elə ürəkaçan deyil. Adi bir tıxacda belə insanlar bir-birlərini dəli həddinə çatdırır. Maşınına at, it səsini siqnal səsini qoyan adamdan nə gözləyirsiniz?!

Günay Muradlı

publika.az

Son yazılar

To Top