big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Güldürən adamlar – YAZI

10.03.2015 , 09:32

Bir neçə ay idi AFFA İcraiyyə Komitəsi üzvlərinin sayındakı təbii (Ələkbər Məmmədovun vəfatı) və qeyri-təbii azalma (Elmar Qasımovun Təhsil Nazirliyindən çıxması səbəbilə İK-dan da avtomatik çıxarılması) məni dərin hüznə qərq etmişdi. Dərin-dərin düşünürdüm ki, pərvərdigara, bəs bundan sonra kim çapan çalacaq qərarlara, kim dahi AFFA başqanının, vitse-prezidentlərinin (oxu: “sağdış” və “soldış”larının) şəninə kim bəytərifi edəcək? Sağ olsunlar, sağolmuşlar 4 gün əvvəl intizarıma son qoydular. Vaqif Sadıqov Berti Foqtsdan görüb-götürdüyü yeni oyun elementləri sayəsində əvvəlcə Məşqçilər Komitəsinin sədri, ardınca da İcraiyyə Komitəsi üzvlüyünə qədər gedib çıxdı. O dünyaya xəbər göndərmək mümkün olsaydı, Ələkbər Məmmədova “rahat uyuya bilərsən, vəliəhdin bəlli oldu” ismarıcı göndərərdim. Sadıqov dünən-srağagünə qədər legioner limitinin artırılmasının tərəfdarı idi, elə ki, İK-ya üzv seçildi, vəliəhdliyini isbatladı. Limitin artırılması Ramin Musayevin fikri idi, Antalyadakı müsahibəmizdə də demişdi. Gələn mövsüm Premyer Liqada legionerlərin sayı ilə yanaşı, klubların sayını da artırmaq istəyirdi PFL prezidenti. Deyirdi, bu barədə Məşqçilər Komitəsi ilə də söhbət-müzakirə olub. İK-nın qərarları isə tamamilə başqa oldu: limit söhbətinə toxunulmadı, klubların sayı olduğu kimi saxlanıldı.

Bu, Musayevin məğlubiyyəti idi və onu məğlub edənlər arasında İK-ya namizədliyini PFL-in verdiyi (yalan-gerçək, mətbuata belə deyildi) Vaqif Sadıqov da var idi. Sadıqovun İK-ya seçilənədək legioner limiti məsələsindəki mövqeyini yuxarıda qeyd etdim. İndi təsəvvür edin ki, adam İK-ya seçilir və İK-nın onun iştirakı ilə keçirilən ilk iclasındaca deyir ki, limitin hazırkı formatı məqbuldur. Vaqif bəy təkcə İK üzvlüyünə onun namizədliyini verən Ramin Musayevi yox, həm də aylardır çiyin-çiyinə çalışdığı Məşqçilər Komitəsi üzvlərini də satdı. Xatırlayırsız, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun təxminən 15-20 gün əvvəl Antalyada jurnalistlərə verdiyi açıqlama? Mircavadov Birinci Diviziondakı vəziyyətdən şikayətlənmişdi, yaş limitini aşağı salınması üçün AFFA rəhbərliyinə müraciət edəcəklərini demişdi. Ramin Musayev  də Birinci Divizionda vəziyyətin ürəkaçan olmadığını bilirdi və nələrisə dəyişmək lazım gəldiyini söyləmişdi müsahibəsində. Həm onun, həm də Məşqçilər Komitəsinin nümayəndəsi olan Sadıqovun İcraiyyə Komitəsinə seçilməsi bu işi sürətləndirməli idi. Ancaq İK Birinci Divizionla bağlı heç bir qərar qəbul etməməsi bir yana, nə sirri-xudadırsa, Vaqif bəy İK-nın iclasında heç Birinci Divizionla bağlı bir kəlmə də danışmayıb. Bunun adı hər nədirsə, mən bilmirəm…

Müzakirəsi, dəyişilməsi vacib olan məsələlərə toxunmasalar da, İK üzvləri martın 6-da da öz amplumalarında idilər, yenə güldürdülər, sağ olsunlar.

“Məşqçilər Komitəsinin təklifinə əsasən, yeni turnirin təşkil olunaraq keçirilməsi və bundan irəli gələn məsələlərin həlli AFFA-nın Məşqçilər Komitəsi və Peşəkar Futbol Liqasına tapşırılsın” – qəbul etdikləri qərarlardan biridir bu. PFL-i turnirlə bağlı sorğu-sual elədik. Məlum oldu ki, hələ ortalıqda heç nə yoxdur. Məlum deyil ki, turnirin reqlamenti necə olacaq, kimlər iştirak edəcək, bu turnirdən avrokuboklara vəsiqə qazanmaq olacaq, ya yox. “Qərardır da, veriblər, mövsümün axırına baxarlar yəqin məsələyə” – deyib, üstündən keçmək olardı. Bəylər, ortada yekə bir “əmma” var axı. Qərarı bir də oxuyaq: “Məşqçilər Komitəsinin təklifinə əsasən, yeni turnirin təşkil olunaraq keçirilməsi və bundan irəli gələn məsələlərin həlli AFFA-nın Məşqçilər Komitəsi və Peşəkar Futbol Liqasına tapşırılsın”. İlk baxışdan belə təəssürat yarana bilər ki, turnir veteran məşqçilər arasında keçiriləcək və ona görə də “turnirin keçirilməsi və bundan irəli gələn məsələləsin həlli” PFL-lə yanaşı Məşqçilər Komitəsinə tapşırıblar. Qətiyyən belə səfeh düşüncəyə qapılmayın, turnir Premyer Liqa klubları arasında keçiriləcək. Elə isə Premyer Liqa klublarının toplaşdıqları qurum – Klublar Komitəsi var ikən, rus demişkən, “pri çom tut” Məşqçilər Komitəsi? O da bir başqa mövzudur ki, Klublar Komitəsi də yaradıldığı gündən hələ konkret bir iş görməyib. “2015/2016-cı il mövsümündə ölkə çempionatının oyunlarının yayımı ilə əlaqədar  AFFA tərəfindən televiziyalar və şirkətlər üçün tender keçirilsin” maddəsini İK-nın qərarına saldırmağı ciddi iş hesab edirsizsə, o başqa məsələ…

Siz mənə baş qoşmayın, bizim futbol funksionerlərinin qərarlarında məntiq axtarıb başınızı yormayın, elə bilin ki, teatrdasız, komediyaya baxırsız, gülün, keçin… Nədi, bəlkə pis güldürürlər?

P.S. Bu gün Milli Teatr Günüdür (1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasının tamaşaya qoyub). Taleyin ironiyasına bax, teatrımızın əsası da komediya ilə qoyulub. Bayramınız mübarək!

P.P.S. Görəsən, mədəniyyət sahəsində limit necədir, futbolumuzdakı “Komitə” qoşmalı üç təşkilatlanmadan bir teatr truppası qayırmaq olar?

Saleh Arslan

Son yazılar

To Top