big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Güləş

Güləşçilərimiz Paris-2024-ə lisenziya qazandı

07.04.2024 , 20:40

Bu gün Azərbaycanın 5 sərbəst güləşçisi Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Korner.az xəbər verir ki, ilk olaraq Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində Simone Piroddu (İtaliya) üzərində inamlı qələbə qazanıb – 11:0. Daha sonra Süleyman Atlıya (Türkiyə) qalib gələn (6:0) Rzazadə yarımfinalda Vladimir Eqorovu (Şimali Makedoniya) 4:3 hesabı ilə üstələyib.

Üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev (65 kq) təsnifat mərhələsində Xamzat Arsamerzuevə (Fransa) qalib gəlib – 5:2. O, daha sonra Nyurqun Skryabinı (AİN) 4:2 hesabı ilə üstələyib. Onun yarımfinaldakı rəqibi İslam Dudayev (Albaniya) olub. H.Əliyev albaniyalı rəqibini əzmkar qələbə ilə (6:3) məğlub edərək Paris-2024-ə lisenziya əldə edib.

74 kq-da Turan Bayramov 1/8 finalda Tobias Portmanı (İsveçrə) məğlub edib – 10:0. O, daha sonra Zurab Kaprayevi (Rumıniya) məğlub edib – 5:1. Bayramov yarımfinalda ikiqat dünya və dördqat Avropa çempionu olan Frank Çamiso (İtaliya) ilə qarşılaşıb.  Görüş 8:8 hesabı ilə yekunlaşıb. Xalların keyfiyyətinə görə, Turan Bayramov qalib elan olunub. Beləliklə, Turan Bayramov da Paris-2024-ə lisenziya qazanıb.

86 kq-da Osman Nurməhəmmədov təsnifat mərhələsində Domantas Pauliçenkoya (Litva) 11:0 hesabı ilə qalib gəlib, sonra Samuel Şerrerə (İsveçrə) 5:0 və Maqomed Ramazanovu (Bolqarıstan) 6:2 hesabı ilə məğlub edib. Onun yarımfinaldakı rəqibi Vasili Mixaylov (Ukrayna) olub. O, 4:1 hesablı qələbə ilə Olimpiadaya lisenziya qazanıb.

125 kq-da Giorgi Meşvildişvili 1/4 finalda Abraham Konedoya (İtaliya) qalib gəlib – 10:0. O, yarımfinalda Alen Xubulova (Bolqarıstan) 7:0 hesabı ilə qalib gələrək Paris-2024-ə lisenziya qazanıb.

Qeyd edək ki, ilk iki gündə Azərbaycanın 4 yunan-Roma və 5 qadın güləşçisi mübarizəni dayandırıb.

Əlavə edək ki, Azərbaycan idmançıları Paris-2024-ə ümumilikdə 16 lisenziya qazanıblar.

Son yazılar

To Top