“Fənərbağça” qapıçı transfer edir
28.06.2023 , 13:44
“Fənərbağça” əcnəbi qapıçı axtarışındadır.
Korner.az xəbər verir ki, İstanbul klubu “Atalanta”dan Xuan Mossonu heyətinə qatmaq fikrindədir.
29 yaşlı qolkiperinin transfer qiyməti yüksəkdir. Buna görə də, klub təcrübəli əlcək sahibini icarəyə götürməyi düşünür.
Mina Musayeva