Kolumbiyada təşkil edilən futzal üzrə dünya çempionatı davam edir.
Korner.az-ın məlumatına görə, bu gün sözügedən yarıçda ilk oyununu keçirəcək.
Tarixində ilk dəfə mundialda çıxış edəcək yığmamız Mərakeşlə qarşılaşacaq. Görüş Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində Bakı vaxtı ilə saat 03:00-da (yerli vaxtla saat 18.00) başlayacaq.
Qeyd edək ki, millimiz F qrupunda İran, İspaniya və Mərakeşlə mübarizə aparacaq.
13 sentyabr
F qrupu
03:00. Mərakeş – Azərbaycan
Baş hakim: Jose Katemo (Anqola)
İkinci hakim: Eduardo Fernandes (Portuqaliya),
Üçüncü hakim: Kamil Çetin (Türkiyə)