big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Futbolumuzun səviyyəsinin aşağı düşməsi bu oyunlarda özünü göstərəcək. -SORĞU

23.06.2015 , 09:55

Dünən UEFA-nın mənxil qərargahında atılan püşkatma ilə avrokuboklarda növbəti mövsüm üçün ölkəmizi təmsil edən komandaların rəqibləri müəyyənləşdi. Belə ki, püşk “Qarabağ” ilə “Neftçi”yə müvafiq olaraq, Çernoqoriyanın “Rudar” və “Mladost”,  “İnter”ə Albaniyanın “Laçi”. “Qəbələ”yə isə Gürcüstanın “Dinamo Tiflis” komandalarını  rəqib kimi təyin etdi. Bu mövsüm üçün klublarımızdan gözləntilər yetərincə böyükdür. Biz də öz növbəmizdə bir neçə futbol mütəxəssisi ilə əlaqə saxlayıb, sözügedən püşkatma barədə fikirlərini öyrənməyə çalışdıq.

Ağasəlim Mircavadov (Məşqçilər Komitəsi üzvü): “ Klublarımız buna hazır olmalıdır ki, burda zəif rəqib yoxdur.  Qələbə qazanmaq üçün çox çalışmaq lazımdır. Hal-hazırda mən istəyərdim ki, hamısı ilk mərhələni keçsin, çünki bu bizim üçün vacib və lazımdır. Real vəziyyətdən danışsaq, məsələn “İnter”in böyük maliyyə problemləri var, heyətlə bağlı qeyri-müəyyənliklər hələ də davam edir, məşqlərə cavan uşaqlarla başlayıblar. “Bankirlər”də həqiqətən də problem çoxdur, vəziyyət ürəkaçan deyil. Eləcə də “Qarabağ” və “Neftçi”nin üz-üzə gələcəyi klublar keçmiş Yuqoslaviyanın böyük futbol ölkələrindən Çernoqoriyanı təmsil edir. Sözün açığı, Avropada zəif rəqib yoxdur, hamısı oynayır, get-gedə inkişaf edir, biz də inkişaf etməyə çalışmalıyıq. “Neftçi”yə gəldikdə isə, orda məşqçi dəyişikliyi olub, oyunçuların bir çoxu gedib, onlarda da problemlər az deyil. Mən deyərdim ki, bunların içində ən sabiti “Qəbələ”dir. Oyunçularını saxlayıb, kim lazımdır, gətirib, kim lazım deyil göndərib. Yəni, mən “Qəbələ”dən çox şey gözləyirəm. “Qarabağ”a gəldikdə isə düzdür, ordan iki aparıcı futbolçusu gedib: Muarem Muarem və Leroy Corc. (Ağasəlim bəyin diqqətinə Admir Teli və Vüqar Nadirovun da “köhlən atlar”ı tərk etdiyini çatdırıram. Ü.M)  Admir Teli onsuz da son vaxtlar çox da oynamırdı, amma Nadirovun gedişi yaxşı olmadı, müəyyən problemlər yarada bilər.  Amma cavan oyunçular da var orda, onlar zaman-zaman yığmaya da dəvət alıblar, bu sevindirici məqamdır.  “Qarabağ” öz oyununu böyük ölçüdə saxlayıb, düzdür, ola bilər, müəyyən problemlər yaransın, amma məncə, bütün klublarımız ilk  mərhələni keçə biləcək.

Böyükağa Hacıyev (MK üzvü): “ Əgər komanda avrokuboklarda oynayırsa, zəif rəqib gözləməyin. Hər bir rəqib öz ölkəsinin güclüsüdür. Ona görə də “asan oyun” söhbəti axtarmayın. Mən özüm də bu mərhələlərdə çıxış etmişəm. İndi siz belə deyirsiz, məgər “Neftçi”nin vəziyyəti “İnter”dən çoxmu fərqlidir? Komanda yalnız indi Avstriyaya təlim-məşq toplanışı üçün yollanıb. Sizcə, 2 həftə Avroliqaya hazırlaşan komanda üçün yetərli bir zaman dilimidirmi? “Qarabağ”la bağlı indidən nəsə demək düzgün deyil,  yaşayarıq,görərik. Amma məncə də “Qarabağ” ilk mərhələni adlamaq gücündədir.  Yenə deyirəm, Azərbaycan futbolunun səviyyəsinin aşağı düşməsi bütün bu oyunlarda özünü göstərəcək.  Proqnozlara gəlincə isə “Qəbələ” və “Qarabağ” ilk mərhələni böyük ehtimalla keçəcəklər, “İnter” və “Neftçi” üçün demirəm ki, keçməyəcəklər, bu futboldur, amma onlar üçün çox ağır olacaq. ”

Şahin Diniyev(MK üzvü, “Kəpəz”in baş məşqçisi) : “Qarabağ”a güclü rəqib düşüb, çox təhlükəli komandadır.  Ötən mövsüm Çernoqoriya çempionu olmağı bacarıblar. Məncə, “Qarabağ” çox çalışmalıdır ki, bu rəqibi keçsin və biz inanırıq ki, “Qarabağ” bu mərhələni adıayacaq.  Digər komandalardan “Neftçi”və “İnter”in əvvəlki gücünü görmürük. “Qəbələ”yə də normal rəqib düşüb, amma ümumilikdə bizim komandalarımız çalışsa, ilk mərhələni keçə bilər.  Hamısının şansı var keçməyə, inşallah,  uğurlu olar.  Mən dəqiq nəsə deyə bilmərəm, əvvəlcə hər 4-ü gözəl oyun nümayiş etdirməlidir, bundan sonra nəyə isə ümid etmək olar.”

Vaqif Sadıqov(MK üzvü) :” Hər bir rəqibə hörmətlə yanaşaq.  Bəzi rəqiblər bizə çox yaxşı tanışdırlar, onlarla klub səviyyəsində də görüşmüşük.  Mənim arzum budur ki, bütün klublarımız I mərhələni çətinlik çəkmədən adlasın, beləcə II mərhələyə hazırlıq zamanı da psixoloji cəhətdən üstünlük qazanarıq.  Mənim fikrimcə,  “İnter” hansı vəziyyətdə olmasına baxmayaraq, Albaniya çempionatında 5-ci yeri tutmuş komandanı məğlub etməlidir, bu gün klubun rəhbərliyi əlindən gələni də edir ki, güclü bir komanda formalaşdırsın və Avropa Liqasında Azərbaycanı layiqincə təmsil etsinlər. Mən hesab edirəm ki, bütün klublarımız ilk mərhələni keçə biləcək.  Biz hamımız bunu istəməliyik və arzulamalıyıq.  Hər bir komandamız rəqiblərini məğlub edib, II mərhələyə vəsiqə qazana biləcək gücdədir.  Biz “Rudar” qarşısında yeni bir “Qarabağ” görəcəyik, mən burdan Ağdam klubuna böyük uğurlar arzulamaq istəyərdim.   İlk oyun həyəcanlı olacaq.  Ümumilikdə, “Qarabağ” bütün oyunlarda qələbə qazanmaqla Avropada güclü olduğunu sübut etməyə çalışmalıdır.  Bütün klublarımız ilkmərhələni adlayıb, bizi sevindirə biləcək gücdədir..”

Ürfan Məmmədzadə

Son yazılar

To Top