Futbolçular maaş endiriminə razılıq verdilər
20.05.2020 , 18:06
PSV futbolçuların məvaciblərini azaldıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, komanda üzvləri maaşlarında endirim edilməsinə razılıq verib.
Niderland Erediviziyası koronavirus pandemiyasına görə ləğv edilib.