Fransa Liqasında 6-cı turun oyunlarına start verilib.
Korner.az–ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.
“Bordo” öz meydanında “Evian”ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tura sentyabrı 22-də keçiriləcək PSJ – “Lion” matçı ilə yekun vurulacaq.
19 sentyabr
Fransa Liqası, 6-cı tur
“Bordo” – “Evian” – 2:1
Qollar: Rolan, 19 (1:0), Xazri, 56 (2:0), Teyeda, 86 (2:1)
20 sentyabr
“Marsel” – “Renn”
“Lorient” – “Reims”
“Metz” – “Bastia”
“Nant” – “Nitsa”
“Tuluza” – “Kaen”
21 sentyabr
“Lill” – “Monpelye”
“Lans” – “Sent Etyen”
“Monako” – “Guingamp”
22 sentyabr
PSJ – “Lion”
