“Formula 1″in Bakı Qran-prisi rəsmən ləğv edildi
12.06.2020 , 12:28
“Formula 1” üzrə Azərbaycan Qran-prisi ləğvi rəsmən açıqlanıb.
Bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin yaydığı bəyanatda bildirilir:
“Böyük təəssüf hissi ilə bildiririk ki, COVİD-19 koronavirus pandemiyası səbəbindən Formula 1 Azərbaycan Qran Prisi 2020 ləğv olunur. Sevimli yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli Formula 1 azarkeşlərinin, həmçinin Formula 1 əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq”.
Qeyd edək ki, 5-7 iyunda Bakıda keçirilməli olan yarış başqa vaxta təxirə salınmışdı.
Əlavə edək ki, Azərbaycan Qran-prisindən əlavə, Yaponiya və Sinqapurdakı yarışlar da ləğv olunub.