"Çempionluq yarışı uzun marafondur. Buna baxmayaraq qazanılacaq hər xalın böyük əhəmiyyəti var. Qış fasiləsinə potensial lider kimi yollana bilərik. Bunun üçün qarşıdakı 2 oyunda qələbə qazanmalıyıq".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusuFlavinyo deyib. Klubun rəsmi saytına danışan braziliyalı yarımmüdafiəçi yenidən çempion olmaq istədiklərini bildirib:
"Mən “Neftçi” ilə 2 il ardıcıl çempionluq sevinci yaşamışam və bunun ardını gətirmək niyyətindəyəm. Komanda rəhbərliyinin göstərdiyi etimadı doğrultmalıyıq".