Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində ötən gün Lənkəranda baş tutan "Xəzər Lənkəran" – "Lex" oynunda (2:2) cənubluların fanatları "Fırtınalar meydanı"nda möhtəşəm ab-hava yaratmışdır.
Korner.az-ın yaydığı xəbərə görə, "ağ-yaşıllar"ın "Fırtına" fan klubunun bu matçda ölçüsü 150 kv.m olan pankart açacaqı haqda məlumat vermişdik. Dünən baş tutan oyunda "Fırtına" verdiyi vədə əməl edib.
Cənub təmsilçisinin "Caspian Ultras" fan klubu isə çoxsaylı azarkeş ordusu ilə "Lex"i daim təziq altında saxlamaqa çalışırdı.