“Fiorentina”nın yeni baş məşqçisi məlum oldu
24.03.2021 , 19:21
“Fiorentina”nın yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, komandanı bundan sonra Cüzeppe Yakini çalışdıracaq.
Mütəxəssis daha əvvəl də – 2019-cu ilin yayından 2020-ci ilin noyabrınadək “Fiorentina”nı çalışdırıb.
Qeyd edək ki, Yakini bu vəzifədə Çezare Prandellini əvəzləyib.