Futbolsevərlərin "Ayaks"dan tanıdığı Mounir əl-Hamdui özünə yeni iş yeri tapıb.
Korner.az-ın məlumatına görə, hücumçu bundan sonra "Fiorentina"nın uğurları üçün tər tökəcək. 27 yaşlı El Hamdui karyerası ərzində "Tottenhem", "Derbi" və "AZ Alkmaar" komandalarında çıxış edib. Mərakeşli futbolçu yeni klubunda 10 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, əl-Hamdui 7 dəfə milli komandasının formasını geyinib. Və bu matçlarda 2 qol vurmağa müvəffəq olub. 1 dəfə Hollandiya liqasının bombardiri və ən yaxşı futbolçusu naminasiyasına layiq görülüb.
