FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə Azərbaycan milli komandası 8 pillə geriləyib. Yığmamız 243 xalla 127-ci pillədə qərarlaşıb.
Yığmamızın Millətlər Liqasındakı rəqiblərinə gəlincə, Latviya 231 xalla 131-ci, Kosovo 97 xalla 176-cı, Malta isə 68 xalla 185-ci yerdədir.
Qeyd edək ki, siyahıya 1609 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1489), Portuqaliya üçüncüdür (1360).