Çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov “Bakı-2015” ilk Avropa Oyunlarına təyinat alıb.
Korner.az-ın məlumatına görə, bu barədə xəbəri AFFA-nın rəsmi saytı yayıb.
Xatırladaq ki, “Bakı-2015” I Avropa Oyunlarına digər idman idman növləri ilə yanaşı, 8 komandanın iştirakı ilə çimərlik futbolu üzrə də qarşılaşmalar keçiriləcək. A qrupunda Azərbaycan, Portuqaliya, İsveçrə və Ukrayna, B qrupunda isə Rusiya, İtaliya, İspaniya və Macarıstan milli komandaları mübarizə aparacaq.
