Türkiyə Superliqasının iddialılarından olan "Bursaspor" yeni mövsüm üçün heyətini gücləndirmə işlərinə davaç edir.
Korner.az-ın məlumatına görə, "timsahlar" argentinalı Aqusto Fernandezi sıralarına qatmağı planlaşdırır. Artıq futbolçu ilə hər barədə razılığa gəlinib.
Fernandezin həftə sonu Bursaya gələrək müqavilə bağlaması gözlənilir.
