“Atletiko Madrid”in yarımüdafiəçisi Koke “Barselona”nın ulduzu Lionel Messini “Futbol Tanrısı” adlandırıb.
Korner.az-ın məlumatına görə, nüfuzlu “Marca” nəşrinə verdiyi müsahibədə 22 yaşlı futbolçu Ronaldo haqqında da fikirlərini bildirib. Belə ki, o:
”Ronaldo fenomenal futbolçudur, Messi isə futbol tanrısıdır”, – fikirlərini səsələndirib.
Koke həmçinin gələcək karyerasına da aydınlıq gətirib. Futbolçu gələcək karyerasını “Atletiko Madrid”də davam etdirmək istədiyini açıqlayıb
“Barselona”nın mənimlə maraqlanması sevindirici haldır. Lakin “Atletiko”da gözəl günlər keçirirəmsə niyə də başqa kluba keçməliyəm?”
