“Mançester Yunayted”in futbolçusu Maruan Fellaini zədələnib. Belçikalı futbolçu İngiltərə Premyer Liqasının VI turunda “Southempton”la matçda xəsarət alıb.
Futbolçu klubun bazasında tibbi müayinədən keçib. Onun xəsarətinin ciddi olduğu aşkarlanıb. Klubun həkimlərinin məşqçilər korpusuna verdiyi məlumata əsasən, Fellaini Moskva ÇSKA-sı ilə matçda oynamaq gücündə deyil. O, Mançesterdə qalıb və klubla səfərə yollanmayıb.
Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı barədə dəqiq məlumat verilməyib.
