"Çelsi"nin futbolçusu Felipe Luiz hazırki vəziyyətindən narazıdı.
Korner.az-ın məlumatına görə, braziliyalı futbolçunun keçmiş klubuna qayıtmaq istədiyi iddia olunur. AS xəbər agentliyinin yaydığı xəbərə inansaq, o, bu barədə sabiq klub yoldaşı Mirandaya deyib.
Qeyd edək ki, futbolçu London təmsilçisində İngiltərə Premyer Liqasında cəmi 10 oyuna çıxıb və onun 5-də start heyətdə olub.
