big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Fariz Nəcəfov: “Toni Adams və Qriqorçukun ortaq məxrəcə gəldiyi transferləri edəcəyik” (MÜSAHİBƏ)

01.06.2015 , 10:48

“Qəbələ” klubununvitse-prezidenti Fariz Nəcəfov müsahibəsində komandasının 2014/2015 mövsümündəki çıxışını dəyərləndirib, Avropa Liqasındakı hədəflərindən və transfer planlarından danışıb

– “Qəbələ” ötən il olduğu kimi, bu mövsüm də çempionatı bürünc medallarla başa vurdu. Bu nəticə klub rəhbərliyini nə dərəcədə qane edir?

– Mövsümün əvvəlindın komandanın qarşısına qoyduğumuz minimum nəticə avrokuboklara vəsiqə qazanmaq idi. Düzdür, klubun infrastrukturu, heyətdə olan futbolçuların potensialı imkan verirdi ki, komanda çempion olsun. Ancaq bildiyiniz kimi, bir mövsümdə iki məşqçi dəyişikliyi baş verdi. Bu da istədiyimiz məsələləri əngəlləyirdi. Sabiq baş məşqçimiz Dorinel Muntyanu komandanı nizama sala bilmədi. Ancaq məşqçi dəyişikliyindən sonra hər şey müsbətə doğru dəyişdi. Açığı, komandanın belə uğurlu çıxış edəcəyini gözləmirdim. Ona görə də bu nəticəni qənatbəxş saymaq olar. Ən sevindirici hal odur ki, komanda artıq sabit oyun göstərir.

– Demək olarmı komanda bir qədər özünə tez gəlsəydi, çempionluğa iddialı olardı?

– Bunlar hamısı ehtimallardır. Ancaq reallıq budur ki, “Qəbələ” çətin bir vəziyyətdən çıxdı və bürünc medal qazandı. Yəni komanda qarşıya qoyulmuş minimum vəzifənin öhdəsindən gəldi.

– “Qəbələ” son dövrlər həm nəticə, həm də oyunu ilə adından söz etdirir. Bu uğurun sirri nədədir?

– Komanda yarandığı ilk gündən rəhbərlik futbolçulara və məşqçilərə dəstəyini əsirgəməyib. Hər şey olduğu kimi davam edir. Bu diqqət və qayğı Ramiz Məmmədovdan tutmuş Muntyanuya kimi hər bir məşqçiyə göstərilib. Məşqçilərə hər cür şərait yaratmışıq. Nəticə bir nəfərin adına yazıla bilməz. Ancaq son nəticəni hamının dəstəyi, zəhməti olmaqla bərabər baş məşqçimizin adına yazıram. Roman Qriqorçukun insani keyifiyyətlərinə bələd idim. Onunla dəfələrlə görüşmüşdüm. Məşqçi kimi də “Qəbələ”də sözünü dedi. Neçə vaxtdır fikir verirəm, Qriqorçuk məşqçiliklə yaşayır. Düşünürdüm ki, Qriqorçuk da burda nəticə verməsə, deməli, “Qəbələ”də başqa problem var. Ancaq sübut olundu ki, məşqçidən çox şey asılı imiş. Syomin də “Qəbələ”də nəticə verdi. Onun dövründə daha keyfiyyətlə futbolçularımız var idi.

– Deməli, Qriqorçuk daha çətin işi bacardı?

– Bəli, Dodo və Mendi kimi futbolçularımızın meydana çıxa bilmədiyi vaxtlarda da komanda eyni oyunu göstərirdi. “Qəbələ”nin oyununa baxanda hər şey məlum olur.

 Ötən il “Qəbələ” Avropa Liqasının ilk təsnifat mərhələsindəcə mübarizəni dayandırdı. “Qəbələ”nin bu mövsüm uğurlu çıxışlarının davamını Avroliqada görə bilərik?

– Bəli, məlum səbəblərdən ötən il heç nə edə bilmədik. Bu il bəzi dəyişikliklər qaçılmazdr. Qışda komandaya cəlb olunan futbolçulardan Dmitri Bezotosnı və Aleksey Qayla müqavilə uzadıldı. Ancaq əksəriyyəti ilə yolları ayıracağıq. İnanıram ki, komanda kimin gəlib-getməsindən asılı olmayaraq öz oyununu itirməyəcək. Ümid edirəm ki, Avropa Liqasında bir neçə mərhələ keçəcəyik. 

– Qriqorçuk Avroliqadakı hədəflər barədə nikbin danışır?

– Qriqorçukun bir özəlliyini vurğulamaq istərdim. Hələ ötən yay biz onunla danışıqlar aparırdıq. O zaman Qriqorçuk bizə deyirdi ki, mənim üçün maraqlı olan Avroliqadır. Yəni bildirirdi ki, Azərbaycan çempionatında nəticə əldə etmək onun üçün elə də böyük uğur sayılmır. Qriqorçukun əsas hədəfi Avroliqa ilə bağlıdır. Onun çalışdırdığı komandaların hər biri akrokuboklarda çıxış edib. İnanıram ki, Qriqorçuk Avropa Liqasında da komandamızı irəli aparacaq.

– Transfer işləri necə gedir? Qriqorçukun istəyi ilə Ukrayna klublarından yeni futbolçular alınacaq?

– Ukrayna Premyer Liqasında çıxış edən bir futbolçu ilə artıq danışıqlar yekunlaşmaq üzrədir. Rusiya klubundan da bir futbolçu ilə maraqlanırıq. Transfer siyahımız genişdir. Toni Adams və Qriqorçukun ortaq məxrəcə gəldiyi transferləri edəcəyik. Bəzi futbolçularla danışıqlar son mərhələdədir. Çünki iyunun 10-da komanda təlim-məşq toplanışı üçün Türkiyəyə gedəcək.

– Ruslan Abışovun “Qəbələ”dəki taleyi hələ də müəmmalı qalır. Onunla müqavilə imzalanacaq?

– Müəyyən şərtlər var ki, hələ onlarda razılıq əldə edilməyib.

– Komandaya yerli futbolçular cəlb olunacaq?

– Ola bilər. Samir Zərgərov, Arif Daşdəmirov və Məhəmməd Mirzəbəyovla artıq müqavilə imzalanıb. Rəşad Eyyubovun da adı transfer siyahımızda var. Ancaq onunla müqavilə imzalanmayıb. Çünki Rəşadla eyni mövqedə oynayan digər futbolçu ilə də danışıqlar gedir. Ona görə də məşqçinin son qərarını gözləyirik.

– Bəxtiyar Soltanov və Ruslan Tağızadənin göndəriləcəyi deyilir.

– Çox güman ki, onlar göndəriləcək.

qol.az

Son yazılar

To Top