“Barselona”nın forvardı Sesk Fabreqas Londona gedib.
Korner.az-ın məlumatına görə, son zamanlar adı “Arsenal”la hallanan oyunçunun bu səfəri transfer iddialarını daha da gündəmə gətirib.
Qeyd edək ki, “Barselona”nın yeni baş məşqçisi Luis Enrikenin S.Fabreqası komandada görmək istəmədiyi və bu səbəbdən onun satılacağı iddia edilir.