big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Fənərbağça”: Ulduzlarla 4-cü ulduza doğru- YAZI, FOTOLAR

15.07.2015 , 10:23

Türkiyə çempionatının daim iddialı klublarından olmuş “Fənərbaxça”dan   növbəti mövsüm üçün gözləntilər yetərincə böyükdür. Komandanın ötən mövsümkü bərbad çıxışı nəzərə alınanda azarkeşlər öz sevimlilərinin  2015-2016 mövsümündə nəhayət ki,  “titul sindromu”na son qoymasınıı istəyirlər, nəinki istəyirlər, hətta tələb edirlər.  Komandanın ötən mövsüm məlum cəza üzündən yalnız ölkədaxili yarışlarda çıxış etməsinə baxmayaraq, ciddi heç nə ilə yadda qalmadı,Super Liqada  2-cilik, Türkiyə Kubokunda isə yalnız yarımfinala qədər irəliləyə bilmənin əməli nəticəsi kimi baş məşqçi İsmayıl Kartal istefaya göndərildi. Bu dəfə isə komandanın işi həm çətin, həm də daha məsuliyyətli olacaq. Əvvəla, ona  görə ki, “Qalatasaray”ın keçən mövsüm 20-ci çempionluğunu rəsmiləşdirib, loqosuna 4-cü ulduzu əlavə etməsindən sonra “bülbüllər” üçün bu missiyanın reallaşdırılması öz vacibliyini birə-beş artırdı.  Eləcə də, bu mövsüm nəhayət avrokuboklarda iştirakla bağlı UEFA tərəfindən  kluba verilmiş cəzanın müddəti başa çatır və komanda uzun fasilədən sonra Avropa arenasında yenidən boy göstərə biləcək. Klubun  Çempionlarr Liqasında  qrup mərhələsinə qədər irəliləmək şansı o qədər də real deyil. Belə ki, “Fənərbaxça” “qeyri-çempionlar” yolu ilə hərəkət etdiyindən  III Təsnifat mərhələni keçsə belə, “pley-off” püşkatması zamanı böyük ehtimalla, “səpələnməmişlər” torbasında yer alacağından, yetərincə güclü rəqiblərlə üz-üzə gəlməli olacaq. Buna rəğmən, “bülbüllər”in 3 il əvvəlki kimi Avropa Liqasında uğurlu çıxış etmək üçün real şanslarıı var.  Elə isə çox gecikmədən “Fənər”in  Çempionlar Liqasının III Təsnifat mərhələsindəki potensial rəqiblərinə nəzər salaq: “Ayaks”(Hollandiya), “Şaxtyor Donetsk”(Ukrayna), “ÇSKA”(Rusiya), “Monako”(Fransa),”Brügge” (Belçika)

Bu ilin iyun ayında kluba növbəti dəfə prezident seçilən Əziz Yıldırımın pstunu qorumaq üçün bir sıra islahatlar aparması gözlənilən idi. Hər şeydən əvvəl yaxşı olardı ki, başqan öz şəxsi xasiyyətində müəyyən dəyişikliklər etsin. Heç kimə sirr deyil ki, Yıldırım klubda diktator səlahiyyətlərinə sahib olmağı sevən, öz dediyi komandanın ziyanına belə olsa, onu yeridən, kobud şəkildə ifadə etsək, baş məşqçinin işlərinə “burnunu soxmağı” sevən biridir.  Prezidentin bu xasiyyətini keçmiş çalışdırıcılar da öz müsahibələrində dəfələrlə təsdiqləyiblər. Bu baxımdan xaraktercə zəif olan,Əziz bəyin haqqında “lazım gəlsə, hamı gedəcək, İsmayıl hoca qalacaq” dediyi Kartalın klubdan göndərilməsi mənim üçün hardasa gözlənilməz oldu. Güman edirəm ki, yeni baş məşqçi Viktor Pereyranın komandadakı fəaliyyəti tamailə peşəkarcasına, obyektiv və şəffaf mühitdə gerçəkləşəcək. Söhbət portuqaliyalı baş məşqçidən düşmüşkən onun haqqında bir az məlumat vermək istərdim.  46 yaşlı baş məşqçinin dosyesindəki komandalar o qədər də səs-küy doğuracaq səviyyədə deyil.  Pereyranın “Fənərbaxça”nın baş məşqçi postuna dəvət alması üçün referans göstərə biləcəyi yeganə klublar: “Porto”(Portuqaliya, 2011-2013), “Olimpiakos” (Yunanıstan, 2015)  idi. Pereyra  bu komandalarda Portuqaliya çempionatı (2011-2012, 2012-2013), Portuqaliya  Superkuboku ( 2011-2012), Yunanıstan çempionatı (2014-2015) və Yunanıstan kuboku (2014-2015) kimi uğurlar qazanıb. 46 yaşlı mütəxəssis son klubu “Olimpiakos”dan ayrılarkən müqaviləsinə qarışılıqlı olaraq xitam verilib. Onun son iş yerindəki göstəriciləri belədir: 27 oyun, 18 qələbə, 6 heç-heçə, 3 məğlubiyyət. (qələbə faizi: 66.67%) Ümumiyyətlə, portuqaliyalı mütəxəssis baş məşqçi karyerası ərzində keçirdiyi 205 görüşün, 120-dən qələbə, 50-dən heç-heçə, 35-dən isə məğlubiyyətlə ayrılıb. (faizlərlə ifadəsi: 58,7% qələbə, 24,0 % heç-heçə, 17,3 % məğlubiyyət) Viktor əsasən 4-2-3-1 taktiki sxemindən istifadə edir. Az öncə qeyd etdiyim məsələyə yenidən qayıtmaq istəmirən. “Fənər”in yeni baş məşqçisinin elə də ciddi karyeraya sahib olmamasına görə bədbinliyə qapılmağa dəyməz. Hər halda qarşımızda real sübut kimi ötən mövsüm “Qalatasaray”da Çezare Prandelli və Həmzə Həmzəoğlunun fəaliyyəti var. Əksinə, onun təcrübəsiz və uğura ac olması portuqaliyalı üçün stimul  mənbəyinə çevrilə bilər. Onu da qeyd edək ki, Pereyranın “bülbüllər”lə bağladığı müqavilənin müddəti 2017-ci ilə qədər nəzərdə tutulub. Həmçinin, komandaya yeni idman direktoru da gətirilib. Bir çox futbolçunun kluba transfer edilməsində böyük əməyə sahib olan Culiano Terraneo indidən azarkeşlərin sevimlisinə çevrilib.  İdman direktoru kimi “Latsio” və “İnter”də , fəaliyyət göstərmiş Terraneo futbolçu karyerasında qapıçı kimi çıxış edib

Hələ yay transfer pəncərəsinin qapanmasına 2 aya yaxın bir müddət qalmasına baxmayaraq, klub bir çox futbolçu ilə yollarını ayırıb, bir neçəsini isə rənglərinə qatıb. Bu məqamın i komandaya xeyir yoxsa ziyan verəcəyini mövsümün gedişində görəcəyik. Keçən mövsümlə müqayisədə klubun hazırlıqlara tez başlaması alqışlanası məqamdır.  “Fənər” transfer fəaliyyətinə nəzər salmazdan əvvəl bir məqama diqqət yetirməyinizi xahiş edirəm. “Sarı-lacivərdlilər”  hələ ki, müqaviləsinə xitam verdiyi 6 yerli futbolçunun əvəzində 7 əcnəbini transfer edib. Bunun səbəbi isə heç şübhəsiz,   ilin başlanğıcında Türkiyədə legioner limitinin əsaslı surətdə dəyişdirilməsidir.  “Bülbüllər” yeni mövsümdə 28 nəfərlik iştirak ərizəsinə 14 legioner futbolçu daxil edə biləcək. Eləcə də,  nəzərdə tutulmuş  18 nəfərlik iştirak ərizəsinə isə 11 legioner daxil edilə bilər ki, onların da hamısı eyni anda meydana çıxma hüququna malikdi. İndiki  vəziyyətdə isə klubun heyətindəki 28 futbolçudan  15-i legionerdir (53,%). Yəni “Fənər” qarşıdakı günlərdə onlardan biri ilə yollarını ayırmaq məcburiyyətindədir.

 

İndi isə gələk komandanın yeni mövsüm üçün heyətində apardığı islahatlara. Klub keçən müddət ərzində bir neçə səs-küylü transfer həyata keçirdi.  İstanbul təmsilçisi nəhayət ki, uzun zamandır istədiyi Luis Nani ilə 6 milyon avro qarşılığında anlaşmaya vara bildi. Sözün açığı, portuqaliyalı futbolçu Ser- Aleks Fergüssonun “Mançester Yunayted”dən gedişindən sonra  o qədər də parlaq oyun nümayiş etdirə bilməyib,(bunun da əməli nəticəsi kimi ötən mövsümü icarə əsasında “Sportinq Lissabon”da keçirməli oldu) amma istənilən halda Türkiyə səviyyəsində yetərincə yaxşı transferdir. 28 yaşlı futbolçu əsasən yarımmüdafiənin sağ cinahında çıxış etməsinə baxmayaraq, vəziyyətdən asılı olaraq sol cinahı da “sığortalaya bilir”.  Portuqaliyalı  sağ ayağının qüvvətli olması ilə bərabər, sol ayağından da səmərəli şəkildə istifadə edə bilir. Nani karyerası ərzində çıxdığı 329 görüşdə rəqib qapılarını 59 dəfə silkələyə bilib. 28 yaşlı futbolçu “Fənərbaxça” formasında ilk qolunu 11 iyul tarixində İranın “Zob Ahan” komandası ilə görüşdə cərimə zərbəsindən vurdu.  Sonda onu da qeyd edək ki,  Naninin “Fənərbaxça” ilə bağladığı müqavilənin müddəti 2018-ci ilə qədər nəzərdə tutulub.

Klubun heyətinə qatdığı digər ulduz futbolçu isə Robin Van Persi oldu.”Bülbüllər” 31 yaşlı futbolçu üçün 6,50 milyon avro “tərləməli oldu”.  Sözün düzü, hollandiyalı futbolçunun növbəti dayanacaq kimi İstanbulu seçməsi mənim üçün bir qədər gözlənilməz oldu.  Amma vəziyyəti eyforiyadan uzaq bir şəkildə şərh etsək,31 yaşlı futbolçu ötən mövsüm “manikunianlar”ın heyətində yer aldığı 29 görüşdə cəmi 10 qol və 3 asist ilə yadda qaldı ki, bu da holladiyalı üçün çox zəif nəticə sayılmalıdır.Amma istənilən halda, əvvəlki formasını bərpa etsə, daha 2-3 il “Fənərbaxça”ya faydası dəyə bilər. Xüsusən də, klubun ötən mövsüm hücumda “dişsiz qaldığı”nı nəzərə alsaq.   Ümumiyyətlə, isə Van Persi “Mançester Yunayted”də yer aldığı 105 görüşdə komandasına 58 qol və 22 qol ötürməsi ilə kömək edib. Əsasən sol ayağından istifadə edən futbolçu hücumun müxtəlif bölgələrində  çıxış etməklə bərabər, vəziyyətdən asılı olaraq hücumameyilli yarımmüdafiəçi kimi də komandasına kömək edə bilir.  Onu da nəzərinizə çatdırım ki, Van Persinin “Fənər”lə bağladığı müqavilənin müddəti 2018-ci ilə qədər keçərlidir.

 

“Fənərbaxça”nın yeni transfer reallaşdırması ilə bərabər, “artıq yüklər”dən qurtulmaq  cəhdi də təqdirəlayiqdir.  Klubdan göndərilən futbolçular ad baxımından sizə çox şey deyə bilər, amma real yanaşsaq, onların “Fənər”ə bundan sonra xeyir vermək iqtidarında olmaqdıqlarını görərik.   Məsələn, Əmrə Belözoğlu  7 ilini “sarı-lacivərdli” kluba verib, uzun müddət bu komandanın kapitan sarğısını qolunda daşıyıb, amma artıq 34 yaşı var, üstəlik çəki problemindən əziyyət çəkir.  Onunla bərabər 34 yaşlı yarımmüdafəçi Səlcuq Şahinlə yollar ayrıldı.  8 milyon avro qarşılığında “San Paolo”dan transfe olunan Yozef de Souzanın hər iki futbolçunun yerini doldurmaq iqtidarında olub-olmadığını zaman göstərəcək. 30 yaşını çoxdan keçmiş digər iki şəxs  Bəkir İrtegün və Egemen Korkmazla da yolların ayrılması hardasa başadüşüləndir.  Onların qarşılığında müdafiə xəttinə  isə 7 milyon 600 min avro qarşılığında “Lill”dən Simon Kyaer heyətə cəlb olundu.  Danimarkalı futbolçu karyerası ərzində Avropanın “Lill”, “Volfsburq”, “Roma”, “Palermo” kimi klublarında çıxış edib.  Yaşının da az olmasını (26) nəzərdə tutaraq, müdafiənin mərkəzində Bruno Alveslə rəqabət mühiti yarada bilər.  Eyni zamanda bu mövqe üçün ötən mövsümü “Rayo Vallekano”da keçirmiş Abdullaye Banın “Portu”dan icarəyə götürülməsi də qeyd olunası məqamdır.   Bu 3 stopperin fonunda Sərdar Kəsimal və Mixael Kadletsin də varlığını unutmaq olmaz.Müdafiənin sağ cinahlna isə ötən mövsüm “Bursaspor”da parlaq oyunu ilə diqqətləri üzərinə çəkmiş Şənər Özbayraqlı cəlb olundu.  Dirk Kuytla bitmiş müqavilənin uzadılmamasına da toxunmaq istərdim. Zənnimcə, 34 yaşlı futbolçu keçən 3 il ərzində “Fənərbaxça”ya verə biləcəyini verib, hollandiyalı bundan sonra kluba ancaq artıq yük olardı. Onun “Feyenoord”la müqavilə bağlayacağı hələ yanvardan bəlli idi, buna görə də təşvişə düşməyə lüzum yoxdur. Emmanuel Emenikenin “Al-Ayn”a icarəyə verilməsini düzgün qərar hesab edirəm. O klubda ilk gəldiyi 2013-2014 mövsümündə fantastik oyun nümayiş etdirsə də, sonradan sanki “söndü”.  (2014-2015 mövsümü, 35 oyun, 5 qol). Buna rəğmən onun hələ cəmi 28 yaşı var  və formasını bərpa edəcəyi halda daha 4-5 il yüksək səviyyədə oyun vəd edir.  Amma eyni sözləri Mərt Günokun “Bursaspor”a göndərilməsi ilə bağlı demək çətindir.  Uzun müddətdir, təcrübəli Volkan Dəmirəlin kölgəsində qalmış gənc futbolçu (26 yaş) böyük perspektiv vəd edirdi. Hər halda, onu icarəyə göndərmək daha düzgün seçim olardı. Günokub əvəzində isə “Portu”dan Fabiano icarəyə götürüldü, “Sivasspor”a icarəyə verilmiş Ərtoğrul Taşkıran isə geri qaytarıldı. Yeni mövsümdə Fabiano və Volkan Dəmirəl arasında əlcək uğrunda maraqlı mübarizə izləyəcəyik. Eləcə də müvafiq olaraq “Bursapor”, “Samsunspor” və “Al-Ayn”a icarəyə verilmiş Samuel Holmen, Rəcəb Niyaz(yarımmüdafiəçi) və Miroslav Stox kluba geri qaytarıldı.  Məncə, cəmi 25 yaşı olan Stox üzərində işləsə, yeni mövsümdə komandaya böyük xeyir verə bilər. “Atletiko Paranense”dən 3 milyon 400 min avro qarşılığında heyətə cəlb olunan Fernandaonun isə Rovin Van Persinin kölgəsində qalıb-qalmayacağını zaman göstərəcək. Prezident Əziz Yıldırım isə komanda Çempionlar Liqasının qrup mərhələsinə qədər irəliləyəcəyi təqdirdə daha 2 ulduz oyunçu transfer edəcəklərini bildirib.   Amma adamı yandıran bir məqam da var. Klub indiyə qədər nə az, nə çox 9 futbolçu yollarını ayırmasına baxmayaraq,  bu transferlərdən cəmi 3 milyon 500 min avro gəlir əldə edib. Məsələ bundadır ki, bu futbolçuların çoxu azad agent kimi klubu tərk etdiyindən, komanda onların transferindən gəlir əldə edə bilməyib. Son onu da nəzərinizə çatdırım ki,  “Fənərbaxça”nın hal-hazırda ortalama yaş həddi 27,9-a bərabərdir, klubun heyətindəki 15 futbolçu öz milli komandalarının heyətində yer alır,  hal-hazırda klubda 1 faiz səhmə sahib olmaq istəyən şəxs 5,64 milyon avrosundan keçməlidir.  İstanbul təmsilçisi son transferlərdən sonra heyət dəyərinə görə (157, 95 milyon avro) Türkiyədə birincidir. 

Gələnlər:

 

Gedənlər:

 

“Fənərbaxça” yeni mövsümdə bu formalardan istifadə edəcək:

 

Mövsüm öncəsi  yoxlama görüşləri:

1 iyul, 2015 “Fənərbaxça”: “Voluntari” (Rumniya) 2-1

7 iyul,2015 “Fənərbaxça”: “Şanlıurfaspor” 1-0

11 iyul, 2015 “Fənərbaxça”: “Zob Ahan”(İran) 7-0

14 iyul, 2015 “Sivasspor”: “Fənərbaxça” 2-3

15 iyul, 2015 “Fənərbaxça”: “Dnepr”

18 iyul, 2015 “Fənərbaxça”- “Vittoriya”(Portuqaliya)

21 iyul, 2015 “Fənərbaxça”- “Olimpiakos”

22 iyul, 2015 “Fənərbaxça”- “Olimpik Marsel”

Ürfan Məmmədzadə 

Son yazılar

To Top