“Fənərbağça” onun üçün rəsmi danışıqlara başladı
01.07.2024 , 16:49
“Fənərbağça” yeni mövsüm üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi Yusuf En-Nesirini heyətinə cəlb etmək istəyir.
Klub artıq “Sevilya” ilə rəsmi danışıqlara başlayıb.
27 yaşlı mərakeşli hücumçu ötən mövsüm 41 dəfə “Sevilya”nın formasını geyinib, 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Mina Musayeva