“Fənərbaxça”da ciddi itki baş verib.
Korner.az-ın məlumatına görə, komandanın əsas heyət oyunçularından olan Alper Potuk ciddi zədə alıb.
Onun 3 həftə “Fənərbaxça”ya kömək edə bilməyəcəyi dəqiqdir.
Qeyd edək ki, Potuk Türkiyə Superliqasının XV turunda keçirilən “Fənərbaxça” – “Başakşəhər” (1:0) matçında xəsarət alıb.