Emil Balayev yenidən Qazaxıstanda oynaya bilər
30.04.2020 , 12:56
Millimizin qapıçısı Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, bu ölkənin “Kaysar” klubu Emili transfer etməyi düşünür. “Kaysar” avrokuboklara vəsiqə qazandığından qapıçı problemini Balayevlə yoluna qoymağı düşünür.
Qeyd edək ki, Emilin “Zirə” ilə iyunun 30-na kimi müqavilədi var.