big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Elbrusu tutun! (KÖŞƏ)

25.04.2013 , 12:34

AzTV təbirincə, Azərbaycandakı inkişaf bir çox sahələri gücləndirib. Bunu ölkə xaricindən hiss etmək çətindi. Gərək ölkənin içində olasan, normal antenlərdən istifadə edəsən ki, AzTV orada birinci kanal olsun. Yerli məhsullardan yeyəsən, yerli alış-veriş mərkəzlərində həmin gün üçün cibində olanı xərcləyib qurtarmamış, imkan tapıb, yerli pivələrdən içəsən və hesab edəsən ki, hər şey əladı. Onda doğrudan da əslində ən yaşanası ölkənin Azərbaycan olduğu haqda hər hansı əks fikirli adamla mübahisə aparmağa özünü hazırlamış olursan. 

Hə, hər şey insanın özünü hazırlamağından asılıdı. Bizim insanımız plastilin kimidi. Özünü o formaya sala bilir ki, məsələn, Premyer Liqanın hər hansı “Neftçi” – “Qarabağ” oyununu dünya futbolunun ciddi derbilərindən hesab etməyə başlayır. Anar Salmanovun “Neftçi” üçün kimliyini unudur və s. 

Azərbaycan futbolunun ciddiyyətinə özünü inandırmağı bacarmış plastilin insan tipi bizim məmləkətdə idman jurnalisti adlanır. Ki, bunu bacarmışlar sırasında məsələn, Kənan Məstəliyevin indi nə düşünməyindən asılı olmayaraq, mənim də adım olub.
Bu bədbəxtlik çox sepesifik hadisədi. “Bədbəxt” sözünün mahiyyəti yəqin ki, hamımıza məlumdu. “Bədbəxt”, prinsicə xoşbəxt ola bilməyənə verilmiş konkret təyindi. Bizim plastilin insanımız bu məfhumu da dayaq nöqtəsindən oynadaraq, anasını ağlar qoyub. İdman jurnalisti dediyimiz kəsim, həm də özünü xoşbəxt olduğuna inandırmış bədbəxt kateqoriyadı.

Gündüz Abbaszadə də gözəlim Azərbaycanımın plastilin insanlarından biridi. Dünənə qədər onunla eyni qurbağa gölündə yaşayırdıq. Bu gün müsahibəsini oxudum. Plastilin insanlardan, özündən, məndən və başqalarından danışıb. Deyir ki, bizim idman jurnalistlərimiz pisniyyətlidilər, qapı-qapı gəzib pul yığırlar. Hamımızın bildiyi şeyləri deyir. Öz qurbağa gölümüzə daş atıb və təbii, həmin gölün sakinləri olan plastilin insanlardan reaksiya gözlənilən idi. Gündüz özünə görə düz deyib, mən də özümə görə yaxşı oğlanam. Ancaq gəlin ümumi danışaq…

Azərbaycan idman jurnalsitikasında pisniyyətli, şərəfsiz, ləyaqətsiz insanlar yoxdu! Hamı alın təri ilə çörəkpulu qazanır. Çoxu məni bəyənmir, mən çoxunu bəyənmirəm, bəziləri Gündüzü jurnalist saymır, Gündüz də bəzilərini. Situasiya budu! Ümumiyyətlə isə hər şey çox sadə və qaydasındadı. Ortada adlar olmadığı müddətcə belə də davam edəcək. Ələmdar pisniyyətlidisə, böyük ehtimalla, mən də onun tayıyam və əksinə, mən yaxşı oğlanamsa, böyük ehtimalla, Ələmdar da pis oğlan deyil. Hər şey bizim özümüzü nəyə inandırmağımızdan asılıdı. İdman jurnalistikasının eşşəyi çoxdan ölüb, bu ayrı bir mövzudu.

Məktəbli uşaqların qəribə hərəkətləri olur. Sonradan xatırlayanda gülürsən. Məsələn, biz tənəffüs zamanı sinifə birinci girənə söyüş qoyardıq. O andan etibarən hamı qaçardı Elbrusu tutmağa. Elbrus içimizdə ən çəlimsiz, bəstəboy, çəkidən yüngül olanı idi. Onu tutub öndən sinifə salar, ardınca özümüz girərdik. Elbrus da söyüş qoyulduğu an vəziyyəti anlayıb, mümkün olduğu qədər uzağa qaçardı. Buna rəğmən, onu mütləq tutardıq, başqa variant yox idi.

İndi idman jurnalistikasındakı vəziyyətin adı da bu əhvalata uyğundu. Gündüz və ya başqası söyüşü qoyduğu kimi hamı qaçır Elbrusu tutmağa. Neçə ki, Elbrus var, plastilin insanlar Azərbaycan futbolunun, öz gördükləri için ciddiyyətinə rahatca inanacaqlar. İdman jurnalistikası artıq başını aşağı salıb çörəkpulu qazanma sahəsidi. Azərbaycanda bunu bütün sahələrdə etmək üçün plastilin insan olmağa məhkumsan. Hamımımız bu yolu keçmişik, keçirik. Ona görə də qoy öz içimizdə, inancımızda hesab edək ki, xoşbəxtik. Gündüz bizi demir, Elbrusu deyir.

Son yazılar

To Top