“El klassiko” öncəsi Madrid “Real”ının heyətində ciddi itki baş verib.
Korner.az-ın məlumatına görə, paytaxt klubunun hücumçusu Kərim Benzema “Malaqa”yla oyunda zədələnib.
Fransız futbolçunun budunun dördbaşlı əzələsi zədələnib. Bu səbəbdən o, Çempionlar Liqası çərçivəsində “Şalke”yə qarşı keçiriləcək cavab oyununda iştirak etməyəcək. Onun “El klassiko”yadək sağalacağı da sual altındadı.