Bu gün keçirilən "İnter" – "Bakı" matçının ikinci hissəsində "bankirlər"in futbolçusu Samir Zərgərovla mübarizədə zədələnərək yerdə qalan və dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan Edin Nureddinoskinin vəziyyəti bəlli olub.
Bu barədə Korner.az-a açıqlama verən klubun icraçı direktoru Yaşar Seyidov hal-hazırda müayinə olunan qapıçının vəziyyəti ilə bağlı bildirib ki, onun çənəsi sınıb və beyni silkələnib. Daha dəqiq diaqnoz isə tam müayinədən sonra bəlli olacaq.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)