Dünya çempionatının son günündə təmsilçilərimiz disk atma idman növü üzrə daha bir medal qazanıb.
Korner.az-ın məlumatına görə, Qətərin paytaxtı Dohada təşkil olunan atletika üzrə dünya çempionatında disk atma idman növü üzrə ölkəmizi təmsil edən Samir Nəbiyev bürünc medal qazanıb.
Atletlərimiz ümumilikdə dünya çempionatında 2 qızıl, 2 gümüş ve 2 bürünc olmaqla 6 medala sahib olublar. Bu idman növü üzrə ölkəmiz Rio-2016 Yay Paralimpiya Oyunlarina 4 lisenziya qazanıb.