III Qəbələ kuboku turnirinin iştirakçısı olan "Lokomotiv" klubunun baş məşqçisi Dmitri Lyapkin açıqlama verib.
Korner.az-ın məlumatına görə,mütəxəssis bunları qeyd edib:
"Bundan gözəl təşkilatçılıq ola bilməz. Meydançalar, hava, təşkilatçılıq əladı. Bizim komandada 15 yaşı tamam olmayan uşaqlar da var, bu baxımdan bir az çətindi güclü rəqiblər".
Mütəxəssis həmçinin "Neftçi" klubu haqqında da fikirlərini bölüşüb:
"Neftçi"nin oyunlarını gördüm, həmişəki kimi, texnikalı futbolçular yetişdirirlər".