Veteran futbolçular, millimizin sabiq üzvləri Dmitri Kramarenko və Vəli Qasımov bundan sonra “Neftçi”də çalışacaqlar.
Korner.az-ın məlumatına görə, bu haqda “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev jurnalistlərə açıqlama verib.
Ç.Abdullayev qeyd edib ki, Vəli Qasımov klubda idman direktoru postunu tutacaq. Kramarenko isə qapıçılarla çalışacaq.