İspaniyanın “Atletiko” (Madrid) klubunun baş məşqçisi Dieqo Simyone komandadan ayrıla bilər.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssisə iki yığma komandandan təklif gəlib. İspaniya və Argentina yığmalarının Simyone üçün yarışa girdiyi deyilir. İspaniyanın çalışdırıcısı Del Bosqenin öz postundan ayrılacağı xəbəri mətbuatı zəbt etmişdi. Bu səbəbdən Dieqo Simyonenin uzağa getməyəcəyi və İspaniya yığmasını çalışdıracağı real görünür.