“Milan” Dieqo Lopesin transferini tamamlayıb.
Korner.az-ın məlumatına görə, ispan qapıçı ilə dörd illik müqavilə imzalanıb.
Qeyd edək ki, 32 yaşlı D.Lopes 2013-cü ilin yanvarından ötən mövsümə kimi “Real”da oynayıb. Madrid klubu Keylor Navası transfer etdikdən sonra D.Lopesi “Milan”a satmağa qərar verib.