İlk 4 matç sonrası çempionatın favoriti kimi göstərilən Fransa yığmasının baş məşqçisi Didye Deşam təmkinli danışıb.
Korner.az xəbər verir ki, Fransa millisi göstərdiyi möhtəşəm oyunu ilə göz doldurarkən, rəqibi Almaniya isə Əlcəzair qarşısında çətin anlar yaşadı.
Bütün bu nəticələr Fransanı favorit kimi göstərsə də, Deşam təmkinli danışaraq: "Oyunçularımın üstünə yük düşməsini istəmirəm. Yaxşı oynasaq, həmişə qalib gələrik" ifadələrinə yer verib.