"İlk hissədə "Neftçi" üstün tərəf idi. Bu üstünlük, hardasa, psixoloji idi. İkinci yarıda isə daha yaxşı oynadıq".
Korner.az–ın məlumatına görə, bu sözləri "Neftçi"ylə yoxlama matçında məğlub olan Makedoniyanın "Turnovo" klubunun baş məşqçisi Lyuçko Dimitkovski deyib.
Makedon çalışdırıcı hakimliklə bağlı suala cavabında bunları bildirib: "Hakimliklə bağlı mənfi nəsə demək istəmirəm. Düzdü, tez-tez meydançanın kənarına qədər yaxınlaşıb, iradlarımı bildirirdim. Ancaq narazılığımı hakimliyə yox, öz oyunçularıma idi. Düşünmürəm ki, uduzmağımıza səbəb hakimlər oldular".
Saleh Arslan
Antalya