De Byazi Şamaxıya yollandı
19.08.2022 , 14:24

Azərbaycan Premyer Liqasının 3-cü turunun açılış matçını – “Şamaxı” – “Səbail” görüşünü stadiondan izləyənlər arasında millimizin baş məşqçisi Canni de Byazi də olacaq.
Korner.az xəbər verir ki, 66 yaşlı mütəxəssis oyuna baxmaq üçün Şamaxı şəhərinə yollanıb.
Qeyd edək ki, sözügedən qarşılaşma bu gün saat 16:30-da başlayacaq.
