“Liverpul” heyətini daha bir futbolçu ilə gücləndirməyi düşünür.
Korner.az-ın məlumatına görə, “Malaqa” klubunun qapıçısı Gilermo Oçoa karyerasını İngiltərədə davam etdirə bilər. “The Daily Express” qəzeti yazır ki, Mersisayd təmsilçisi yayda ispan klubuna rəsmi təklif göndərəcək.
