İngiltərə yığmasının sabiq baş məşqçisi Qlen Hodl PSJ-nin müdafiəçisi David Luizin dünənki çıxışı haqda danışıb.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Braziliya futbol tarixinin ən bahalı müdafiəçisinin ünvanına tənqidlər yağdırıb:
"Top Suaresdə olanda Luiz meydanda ən bərbad futbolçu olurdu. David topu Suaresdən almaq üçün ayağını sadəcə qabağa atırdı. Bunu 8 yaşlı uşaqlar edir. Onun yeri müdafiənin mərkəzi deyil. Çünki bu mövqe daha çox məsuliyyət tələb edir. Düşünürəm ki, o, ya yarımmüdafiədə, ya da cinahlarda oynamalıdı".
