Daha bir ölkədə çempionatın bərpa tarixi açıqlandı
15.05.2020 , 17:55
Koronavirus görə dayandırılan Bolqarıstan çempionatında mövsümün taleyinə aydınlıq gəlib.
Korner.az xəbər verir ki, çempionat iyunun 5-də bərpa olunacaq.
Ölkə rəhbərliyi göstərilən tarixdən etibarən həm yüksək liqanın, həm də birinci divizionun davam etdirilməsinə razılıq verib. Oyunlar azarkeşsiz keçiriləcək.