Koronavirusa yoluxan futbolçu sağaldı
15.05.2020 , 18:27

Koronavirusa yoluxan Belçika millisinin sabiq futbolçusu Maruan Fellaini sağalıb.
Korner.az xəbər verir ki, Çinin “Şandun Lunen” klubunda çıxış edən 32 yaşlı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabından paylaşım edib:
“Karantin dövrünü tamamlayıb, xəstəxanadan ayrıldığım üçün xoşbəxtəm. Mənimlə maraqlanan həkimlərə və dəstək olan klubuma minnətdaram. Komandama geri dönmək gözəldir” – deyə o bildirib.
