Dadaşovun komandasından səfər qələbəsi
31.05.2021 , 16:55
ABŞ I Liqasında VI turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Feniks Rayzinq” səfərdə “Sakramento Ripablik”ə qalib gəlib 1:0.
Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu sonadək mübarizə aparıb. Millimizin forvardı 35-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
“Feniks Rayzinq” hazırda 12 xalla birinci pillədə qərarlaşıb.