Dadaşovun komandasından heç-heçə
30.08.2020 , 14:19
İsveçrənin “Qrasshoppers” klubu yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi komanda “Lütsern”lə üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə bitib.
Dadaşov da bu oyunun iştirakçısı olub. O, 46-cı dəqiqədə hesab 1:0 olarkən meydana buraxılıb.